"Palmeyras" klublararası dünya çempionatının ilk 1/4 finalçısı oldu

29-06-2025, 09:36           
"Palmeyras" klublararası dünya çempionatının ilk 1/4 finalçısı oldu
ABŞ-də FIFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində Braziliyanın "Palmeyras" komandası Braziliyanın "Botafoqo" klubuna əlavə vaxtda 1:0 hesabı ilə qalib gəlib.

"Cebheinfo.az" xəbər verir ki, qolu 100-cü dəqiqədə Paulinyo vurub. 116-cı dəqiqədə "Palmeyras"ın kapitanı Qustavo Qomes ikinci sarı vərəqə alaraq meydandan qovulub.

"Palmeyras" qrup mərhələsinin sonunda A qrupunda birinci yeri tutub. "Botafoqo" B qrupunda ikinci yeri tutub. 1/4 finalda "Palmeyras" İngiltərənin "Çelsi"si ilə Portuqaliya "Benfika"sının qalibi ilə oynayacaq. 1/4 final oyunu iyulun 4-də keçiriləcək.

Klublararası dünya çempionatı iyulun 13-də başa çatacaq.

"Cebheinfo.az"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru