İnsanlıq gözləmə heç zaman rusdan, İnsana bənzəyər o ilk baxışdan...
Bu gün, 12:36

Nizami Gəncəvi belə deyir:
İnsanlıq gözləmə heç zaman rusdan
İnsana bənzəyər o ilk baxışdan...
Bu beyt Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan Şairi Nizami" adlı monoqrafiyasındandır. Böyük Öndər möhtəşəm əsərinin bir bölməsinə bu başlığı vermişdir.
Nizami Gəncəvi bu fikri hansı əsərində yazıb, sözünün əvvəli, axırı, canı nədi, bu qənaətinin səbəbi nə olub... bilmirəm.
Sözsüz ki, son yüz ilin tərcümələrində və nəşrlərində bu və bu kimi fikirlər ixtisar olunub.
Sovet-rus ideolojisi təkcə tarixin deyil, ədəbiyyatın da olduğu kimi görünməsinə yol vermirdi.
Rus-sovet imperiyası, ölüm təhdidi ilə ömür sürən, biri-birini ölümə göndərən, biri-birindən çuğulluq edən yeni sovet şairləri yetişdirirdi.
Üstəlik, min ilin ədəbiyyatına belə müdaxilə edirdi.
Nizami Gəncəvinin əsərlərinin yenidən redaktə və bərpa edilməsinə dərin ehtiyac var, zənn edirəm.
Azərbaycan insanı öz böyüklərinin sağa-sola baxışını bilməlidir.
Azərbaycan bolşevikləri, (onların arasında mənim də 37-də güllələnmiş qohum-əqrəbam az deyil) başda Nərimanov olmaqla Şeyx Nizamini oxusaydılar... anlasaydılar, dərs alsaydılar...
...bəlkə... zərərin yarısından qayıdardılar...
....bəlkə... yalnız görünüşdə insana bənzəyən bu varlıqlara könül verməzdilər...
s.a. İnsanlıq gözlənməyən ünvana möhtac qalmış, işini, çörəyini elində, obasında deyil, qanımızla suvarılan qürbətlərdə tapmış, könüllü sürgünlərə vadar edilmiş... evə dönüş yolu bağlı olan soydaşlarımıza Allah Özü kömək olsun...
Mehriban Vezir
TEREF