Bu ölkədə helikopterdən PUL YAĞDIRILDI Dünya

29-06-2025, 00:12           
Bu ölkədə helikopterdən PUL YAĞDIRILDI Dünya
ABŞ-ın Detroit şəhərində helikopterdən pul yağdırılıb.


TEREF xəbər verir ki, bu barədə "FOX 2 Detroit" telekanalı məlumat yayıb.

Günorta saatlarında şəhərin üstündəki səmada helikopter peyda olub və oradan dollar əskinasları atılıb. Bütün pulların real olduğu qeyd edilir.

Telekanalın məlumatına görə, təşəbbüsün müəllifi bu yaxınlarda dünyasını dəyişən avtoyuma sahibi olub və bu, onun son istəyi olub.

Bildirilib ki, belə bir altruistik aksiyanı həyata keçirmək üçün şəhər küçələrindən biri əvvəlcədən bağlanıb vəhəmin yerdə izdiham yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, aksiya dinc şəraitdə keçib - pul üstündə dava olmayıb, vətəndaşlar sakitcə bacardıqları qədər pul yığıblar və hadisədən yarım saat sonra küçə açılıb.(publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru