Trampın oğlu prezident ola bilər

29-06-2025, 12:24           
Trampın oğlu prezident ola bilər
ABŞ Prezidenti Donald Trampın oğlu Erik özünün və ya ailəsinin digər üzvünün siyasi sülalə qura biləcəyi ehtimalını irəli sürüb.

Oxu.Az xəbər verir ki, bu barədə hazırda "Trump Organization" şirkətinin icraçı vitse-prezidenti olan kiçik Tramp "Financial Times" qəzetinə müsahibəsində bildirib.

Erik Tramp qeyd edib ki, gördüyü siyasətçilərin yarısı onu heç heyran etmir və o, daha yaxşı iş görə bilər.

"Bunu zaman göstərəcək. Amma məndən başqaları da var", - o bildirib.

Eyni zamanda, iş adamı etiraf edib ki, sevdiklərini bu sistemin qəddarlığına məruz qoymaqla, belə bir vəzifəni istəyib-istəmədiyindən əmin deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru