Rusiyaya qarşı 18-ci sanksiyalar paketi bu tarixdə açıqlanacaq

Bu gün, 10:08           
Rusiyaya qarşı 18-ci sanksiyalar paketi bu tarixdə açıqlanacaq
Fransa xarici işlər naziri Jan-Noel Barro Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin yaxın günlərdə razılaşdırılacağını bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “LCI” telekanalına müsahibəsində bildirib.

“Razılaşma yaxınlaşır. Düşünürəm ki, bu, gələn günlərdə baş tutacaq”, – deyə Barro qeyd edib.

Onun sözlərinə görə, Avropa bu məsələdə ABŞ Senatının nümayəndələri ilə sıx koordinasiyada çalışır.

Xatırladaq ki, daha əvvəl Avropa Şurasının prezidenti Antoniu Koşta Aİ liderlərinin növbəti sanksiyalar paketini təsdiqləyə bilmədiyini açıqlamışdı. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen isə bildirib ki, 18-ci paket üzərində iş bütün sürətilə davam edir, lakin dəqiq tarix açıqlamayıb.

Diplomatik mənbələrə görə, sanksiyaların qəbuluna Slovakiya mane olub. Hazırda məsələ Aİ ölkələrinin səfirləri səviyyəsində yenidən müzakirə olunur.

Qeyd edək ki, ABŞ-ın “Semafor” portalı iyunun 18-də Konqresin Senatının Rusiyaya qarşı yeni sanksiyalar layihəsini iyul ayına qədər nəzərdən keçirməyəcəyini yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.