Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

29-06-2025, 11:34           
Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı
“Forbes” jurnalı dünyanın 50 ən zəngin qadınının siyahısını açıqlayıb.

Demokrat.az xəbər verir ki, reytinqdə birinci yeri sərvəti 38,8 milyard dollar dəyərində qiymətləndirilən isveçrəli 80 yaşlı Rafaela Aponte-Diamant tutur. O, həyat yoldaşı ilə birlikdə 136 mindən çox işçisi olan “Mediterranean Shipping Company” gəmiçilik korporasiyasını qurub.

İkinci yeri ABŞ-də dam örtüyü və tikinti materiallarının ən böyük tədarükçülərindən biri olan “ABC Supply” şirkətinin həmtəsisçisi amerikalı Dayan Hendricks (22,3 milyard dollar) tutub.

“Forbes”in məlumatına görə, 2025-ci ildə reytinqə daxil olmaq üçün ən aşağı hədd 2,1 milyard dollar olub. Siyahıda ABŞ və Çinin hər birinin 18 təmsilçisi var.

Ən zəngin qadınların ümumi sərvəti 276 milyard dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru