"Adamın olmasa, hərracdan maşın ala bilməzsən" - dələduzluq işi

27-11-2019, 17:33           
"Adamın olmasa, hərracdan maşın ala bilməzsən" - dələduzluq işi
Külli miqdarda dələduzluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılır. O, vətəndaşlara asan qazanc əldə etmək adı ilə vəd verərək pullarını ələ keçirib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1982-ci il
Heydərov Rəqib Fazil oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Zərərçəkmişlər bildirib ki, Rəqib Heydərov onlardan müxtəlif məbləğlərdə pul alıb. Qarşılığında hərraca çıxarılan avtomobilləri ucuz qiymətə alacaqmış. Zərərçəkmişlərin əksəriyyəti maşın alqı-satqısı ilə məşğul olublar.

Dindirilən zərərçəkmişlərdən Elnur Bayramlı Rəqib Heydərovun hərracda işlədiyini, qiymətləndirmə üzrə mütəxəssis kimi tanıdığını deyib.

Zərərçəkmişin sözlərinə görə, bu işdə Rəqib Heydərovun tək günahkar olduğuna inanmır: "Orada heç kimin adamı olmasa, maşın almaq mümkün deyil. Maşınların artıq əvvəlcədən kimə satılacağı bəlli olur. İnanmıram ki, Rəqib bu işi tək eləsin. Bu işdə nəsə var".

Qeyd edək ki, Rəqib Heyrov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Məlumata görə, Rəqib Heydərov zərərçəkmiş şəxslərdən külli miqdarfa pul alaraq ılə keçirib. Onlara vəd edib ki, banklarda auksiona çıxarılan maşınları ucuz qiymətə ala biləcək. Lakin Heydərov vədlərinə əməl etməyib. O, zərərçəkmişlərin şikayəti əsasında həbs edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.