Ata Abdullayevin nəşriyyatın binasından çəkiliş etməsi baş direktoru ÖZÜNDƏN ÇIXARDI — VİDEO

1-12-2019, 00:14           
Ata Abdullayevin nəşriyyatın binasından çəkiliş etməsi baş direktoru ÖZÜNDƏN ÇIXARDI — VİDEO
Xəbər verdiyimiz kimi, tanınmış blogger Ata Abdullayev bu gün Azərbaycan nəşriyyatının binasına gedərək, oradakı vəziyyəti videogörüntü ilə sosial şəbəkələrdə canlı yayım edib.


Demokrat.az xəbər verir ki, canlı yayım zamanı Ata Abdullayev Azərbaycan nəşriyyatının və mətbuatın vəziyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib.


Eyni zamanda Ata Abdullayev Azərbaycan nəşriyyatının binasında otağları gəzərək, sosial şəbəkədə paylaşıb. Bu zaman binada heç kəs gözə dəyməyib.


Demokrat.az məsələ ilə bağlı “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun fikirlərini öyrənməyə çalışıb.


Bloggerin binaya gəlməsindən xəbərsiz olduğunu deyən baş direktor Ata Abdullayevin bu hərəkətlərinə çox əsəbi halda qısa cavab verib:


"Axı Ata Abdullayevi binaya kim buraxıb?!...".


Daha sonra Ağabəy Əsgərov danışmaq istəməyib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.