ERMƏNİ GENERAL QARABAĞDA ORDUMUZUN BOMBARDMANINA DÜŞDÜ, ÖLÜM AYAĞINDADIR- Bu da belə "merala"

21-10-2020, 17:21           
ERMƏNİ GENERAL QARABAĞDA ORDUMUZUN BOMBARDMANINA DÜŞDÜ, ÖLÜM AYAĞINDADIR-
“Yerkpara” Könüllülər Birliyinin keçmiş rəhbəri, sabiq deputat Manvel Qriqoryan bir neçə gün əvvəl Xankəndinə gəlib. Lakin bu gün səhər saatlarında onu təcili olaraq ambulansla Ermənistana aparıblar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə onun vəkili Levon Baqdasaryan məlumat verib.
Baqdasaryan deyib ki, Qriqoryanın qəfil halı pisləşib və onu Ermənistandakı məhşur klinikalardan birinə yerləşdiriblər. “Qriqoryan oktyabrın 7–dən Xankəndindədir. İlk gündən o Qarabağın hərbi rəhbərliyi ilə əməkdaşlıq edirdi. Əsas işi ordunun bölmələrinin təşkili, yerləşdirilməsi və rəhbərliyin necə qurulmasını təmin etmək idi. Bu yaxınlarda isə N saytlı yaşayış məntəqəsində də olmuşdu. Təəssüf ki, səhhətinin pis olması, xəstəliyinin getdikcə şiddətlənməsi onun Qarabağda qalmasını imkansız etdi və vəziyyəti kritik şəkil aldı. Oktyabrın 21-də Qriqoryan təcili olaraq xüsusi reanimasiya ambulansı ilə Ermənistandakı klinikaların birinə çatdırılıb”.
JAMAZ.İNFO xəbər verir ki, bəzi erməni mənbələri Manvel Qriqoryanın xəstəliyi ilə əlaqədar deyil, döyüşlərdən birində ciddi şəkildə yaralandığı üçün təcili olaraq Ermənistana gətirilib. Hətta bəzi mənbələr ağır yaralanması səbəbindən keçmiş deputatın ölüm ayağında olduğunu da bildirir. Onun cəbhə bölgəsində Azərbaycan Ordusunun bombardmanına düşdüyü deyilir.
Xatırladaq ki, Manvel Qriqoryan tanınmış erməni generallarından biridir. O və rəhbərlik etdiyi "Yerkpara" təşkilatı Birinci Qarabağ savaşında iştirak edib və Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlığı ilə seçilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.