ABŞ Ali Məhkəməsi Respublikaçıların iddiasını rədd edilib

9-12-2020, 09:08           
ABŞ Ali Məhkəməsi Respublikaçıların iddiasını rədd edilib
ABŞ Ali Məhkəməsi Pensilvaniya ştatındakı Demokrat Cozef Baydenin orada qələbəsinin tanınmamasını tələb edən Respublikaçıların iddiasını rədd edib.

REAL xəbər verir ki, prezident seçkilərinin nəticələrinin ləğvinə dair iddianı konqresmen Maykl Kelli də daxil olmaqla ABŞ Respublikaçılar Partiyasının bir qrup nümayəndəsi qaldırıb.

Onlar poçtla göndərilən təxminən 2,5 milyon bülletenin səslərin hesablanmasında sayılmamasını tələb edərək bunun qanun pozuntusu olduğunu vurğulayıblar.

Lakin, Pensilvaniya Qubernatoru Demokrat Tom Volf yerli hakimiyyət orqanlarının bu əyalətdəki prezident seçkilərində səsvermə nəticələrini təsdiqlədiklərini açıqlayıb.

Onun sözlərinə görə Demokrat Cozef Baydenin hazırkı prezident Donald Trump üzərində qələbə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru