MAQATE rəhbəri İrana səfər edəcək 12-09-2021, 00:04 Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi Tehrana səfər edəcək.Teref.az-ın məlumatına görə, bu barədə İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.O, səfərin sentyabrın 11-i axşam başlayacağını deyib.B.Kəmalvəndi deyib ki, sentyabrın 12-də MAQATE baş direktoru İran Atom Enerji Təşkilatı rəhbəri Məhəmməd İslami ilə görüşəcək.Görüşdə İran və MAQATE arasında perspektiv əməkdaşlıq müzakirə olunacaq./apa Facebook-da paylaş