“Omikron” digər viruslarla birləşməyə qadirdir

10-01-2022, 10:35           
“Omikron” digər viruslarla birləşməyə qadirdir
Koronavirusun “omikron” ştamı yoluxan şəxsin bədənində olarkən digər infeksiya növləri ilə birləşməyə qadirdir.

“Report” xəbər verir ki, bu barədə “Ura.ru”ya Fundamental Tərcümə Tibb Mərkəzinin xüsusilə təhlükəli infeksiyalar laboratoriyasının rəhbəri, virusologiya professoru Aleksandr Çepurnov bildirib.

Mütəxəssis xatırladıb ki, təxminən bir ay əvvəl dünyada koronavirusun əsas ştammı “delta” idi, lakin sonradan “omikron” onu əvəz etməyə başlayıb. O, əlavə edib ki, “omikron” başqa bir virusun bütöv bir fraqmentini, çox güman ki, soyuqdəyməni “qoparmağı” bacarıb.

A. Çepurnov izah edib ki, əvvəllər ştamlar bir "hərfin" dəyişməsi ilə əmələ gəlirdi, yəni amin turşusu dəyişsə də, genom eyni qalırdı. Alim əlavə edib ki, başqa virusun “omicron”a daxil olması bu ştamın koronavirusun digər variantları ilə genetik material mübadiləsi qabiliyyətini göstərə bilər.

“Əgər o, başqa bir virusudan nəsə qoparda bildisə, onda niyə yaxın qohumu olan qardaşı ilə genetik materialın hissələrini mübadilə etməməlidir? Bioloji baxımdan çox asandır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru