Qazaxıstanda baş verənlər neftin qiymətinə necə TƏSİR EDƏCƏK? - Proqnoz

10-01-2022, 12:56           
Qazaxıstanda baş verənlər neftin qiymətinə necə TƏSİR EDƏCƏK? - Proqnoz
Qazaxıstan və Liviyada tədarükün kəsilməsi bazar ertəsi neft qiymətlərini yüksəldib. Bazarda "Brent" markalı neft 24 sent və ya 0,3% artaraq barreli 81,99 dollara, ABŞ-ın Qərbi Texas nefti (WTI) isə 22 sent və ya 0,3% artaraq barreli 79,12 dollar olub.

Metbuat.az xəbər verir ki, qiymət yüksəlişi ilə bağlı "Reuters" araşdırmasında qeyd olunur ki, neft qiymətləri keçən həftə Qazaxıstanda baş verən hadisələr fonunda qatar xətləri ilə əlaqənin kəsilməsindən və ölkənin ən yüksək neft yatağı olan Tengizdə hasilata zərbə vurmasından sonra 5% artıb, Liviyada boru kəmərinin təmiri isə hasilatı keçən il gündəlik 1,3 milyon bareldən gündəlik 729,000 barrelə endirib.

Sinqapurun OCBC bankının iqtisadçısı "Howie Lee", Liviya, Qazaxıstandakı fasilələrə və ABŞ-da xam neft ehtiyatlarının azalmasına toxunaraq, "Hazırda bütün bunlar təchizat problemləridir" deyib. O əlavə edib ki, bu amillər neftin qiymətini yüksəldəcəkir. "RBC Capital" analitikləri qeyd edirlər ki, Rusiya Ukraynanı işğal edərsə, o, Rusiyanın Avropaya xam neft ixracını dayandıra və neftin qiymətini yüksəldə bilər.

Qeyd edək ki, OPEC-in dekabr ayında hasilatı əvvəlki ayla müqayisədə sutkada 70,000 barel artıb, bu, OPEC+ tədarük razılaşması çərçivəsində icazə verilən 253,000 barel artımla müqayisədə, 2020-ci ildə tələbin COVID-19 pandemiyası altında çökdüyü zaman azalan hasilatı bərpa edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru