Ramiz Mehdiyevin elmə vurduğu zərbənin daha bir fəsadı... - Teymur Kərimlinin əcaib statusunda...
21-02-2022, 16:59
Ramiz Mehdiyevin elmə vurduğu zərbənin daha bir fəsadı... - Teymur Kərimlinin əcaib statusunda...
Tarix: Bu gün, 13:04 | Çap et
Ramiz Mehdiyevin elmə vurduğu zərbənin daha bir fəsadı...
Azərbaycan xalqının və elminin keşməkeşli tarixində Ramiz Mehdiyev dövrü bitdi, özü də rəzalət və uzun illər boyu rişxənd və məsxərə, nifrət və qəzəblə xatırlanacaq bir miskin sonluq. Onun Azərbaycan elminə vurduğu zərbələri sadalamaqla yekunlaşmaz. Heç şübhəsiz, onun bulaşdığı və bulaşdırdığı çirkabları təmizləmək üçün onilliklər yetməyəcək.
Amma etdikləri pisliklərə baxmayaraq vida nitqində bu "elm fədaisi" yenə də Azərbaycan elminin inkişafının zəruriliyindən dəm vuracaq qədər üfunət qoxuyan açıqlamalar verməyə də özündə cəsarət tapdı.
Yeri gəlmişkən, AMEA - nı intriqa və qalmaqallar yuvasına çevirən R. Mehdiyev bu elm məbədindiki münasibətlər sistemini darmadağın etməklə bərabər qeyri-sağlam mühit, ovqat yaratmağa da macal tapdı. Görünür, elə bu mənəvi erroziyanın acı nəticəsidir ki, AMEA-nın Əlyazmalar İnstitutunun rəhbəri Teymur Kərimli də artıq postuna və statusuna, 70-i haqlayan yaşına sığmayan bir yüngüllük etməkdən çəkinməyib, əksinə, baməzə fikirlərini sosial şəbəkələrdə yayacaq qədər özündə sərbəstlik, arxayınlıq tapıb.
Əslində onun bu fikilərinə reaksiya verməmək də olardı, amma bu kimi qısaqapanmalar AMEA-nın necə bir miskin duruma salındığının əyani sübutu kimi anlaşıla bilər. Biz Teymur Kərimlinin postunu təqdim edirik, qərar verməyi dəyərli oxucularımızın mühakiməsinə buraxırıq... //moderator.az//