Rusiya ilə Ukrayna arasında gərginlin artması “Bitcoin”ə də təsir etdi

24-02-2022, 09:48           
Rusiya ilə Ukrayna arasında gərginlin artması “Bitcoin”ə də təsir etdi
Rusiya ilə Ukrayna arasında gərginliyin artması səbəbindən “Bitcoin” 37 min dollardan aşağı düşüb.

Dünyanın ən qiymətli kriptovalyutası həftə sonu 40 000 dollardan aşağı düşüb və Ukrayna böhranı gücləndikcə ucuzlaşmağa davam edib.

“CoinDesk”in məlumatına görə, çərşənbə axşamı “Bitcoin” 36 649 dollara satılıb və son 24 saatda təxminən 6,5 faiz ucuzlaşıb.

Noyabrda pik həddə- 68 990 dollar olan valyuta geosiyasi gərginlik, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırma ehtimalı və bəzi böyük iqtisadi güclər tərəfindən rəqəmsal aktivlərə qoyulan məhdudiyyətlər fonunda dəyərinin demək olar ki yarısını itirib.

Dünyanın ikinci ən qiymətli kriptovalyutası olan “Ethereum” son 24 saat ərzində 8 faizdən çox ucuzlaşaraq 2520 dollara satılıb.

Mütəxəssislər bildirirlər ki, “Bitcoin” tezliklə sabitləşməyəcək.

Mənbə: TRT Haber












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.