Günəşdə bir sıra güclü partlayışlar baş verib
Bu gün, 15:18
Şimal yarımkürəsində günəş ləkələrini görmək mümkündür.
Günəşdə fevralın 3-də sondan əvvəlki güc sinfinin yeddi partlayışı baş verib.
Bu barədə "TASS" Tətbiqi Geofizika İnstitutundan daxil olan məlumata istinadən bildirilib.
Ən güclü partayış Moskva vaxtı ilə təxminən səhər saat 7-də baş verib. Tətbiqi Geofizika İnstitutunun (IPG) məlumatına görə, partayış 12 dəqiqə davam edib.
Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında verilən məlumatlara görə, hazırda partlayış aktivliyi indeksi 10 ballıq şkala üzrə 8,7 səviyyəsindədir. Yaxın iki gün ərzində "X" sinifli partlayışlarının yüksək olacağı gözlənilir.
Alimlərin fikrincə, Günəşin aktivliyindəki artım qlobal xarakter daşıyır. Dünən, fevralın 2-də ulduzun görünməyən tərəfində böyük partlayışlar qeydə alınıb, bu gecə isə daha bir partlayış baş verib. Aktiv mərkəzlər mərkəzi meridiana çatıb, bu da onları maksimum təsir dövründə planetimiz üçün xüsusilə təhlükəli edir.
Astrofizika sahəsi üzrə mütəxəssis Sergey Boqaçov hesab edir ki, 2025-ci ilin yayında Günəşin aktivliyi maksimum həddə çatacaq. Bu, planetimiz üçün gözlənilməz nəticələrə səbəb ola bilər.