Qunduzlar rəsmilərin 7 ildir planlaşdırdığı bəndi 2 günə tikiblər - KURYOZ HADİSƏ - FOTO

4-02-2025, 16:18           
Qunduzlar rəsmilərin 7 ildir planlaşdırdığı bəndi 2 günə tikiblər - KURYOZ HADİSƏ - FOTO
Çexiyada qunduzlar yerli hakimiyyətin 7 ildir planlaşdırdığı bəndi 2 günə tikiblər.

Sherg.az xəbər verir ki, heyvanlar bununla administrasiyanın öz xərclərinə 1,2 milyon dollar qənaət etməsinə səbəb olublar.

Bördi Landşaft Parkında bataqlıqların bərpası layihəsi 2018-ci ildən hazırlanırmış və illər ərzində rəhbərlik bütün lazımi icazələri toplayıb tikintiyə başlamağa hazır imiş.

Ancaq bunun sonradan lazımsız olduğu ortaya çıxıb - 2020-ci ildən parkda yaşayan qunduzlar gəmirərək lazımi yerlərdə bəndlər tikib.

"Qunduzlar bizə 30 milyon çex kronası miqdarında qənaət imkanı verdilər. Onlar bəndləri heç bir layihə sənədi olmadan və pulsuz tikiblər", - təbiət qoruğunun administrasiyasının rəhbəri bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru