Putin: Bugünkü almanlar Hitlerin cinayətlərinə görə məsuliyyət daşımırlar

Bu gün, 16:44           
Putin: Bugünkü almanlar Hitlerin cinayətlərinə görə məsuliyyət daşımırlar
Rusiya Prezidenti Vladimir Putin almanların nə indiki, nə də gələcək nəsillərinin Hitler dövründə baş verənlərə görə əziyyət çəkməməli olduqlarını qeyd edib.
Almanların indiki və gələcək nəsilləri nasistlər dövründə törədilən cinayətlərə görə məsuliyyət daşımır.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"İndiki Alman cəmiyyətinin bu hadisələrlə heç bir əlaqəsi yoxdur. Təbii ki, tarixi yaddaş qorunmalıdır və biz bunu unuda bilmərik. Bununla belə, mənim fikrimcə, 1930-1940-cı illərin hadisələrində müasir almanları günahlandırmaq ədalətsizlikdir" - prezident Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinin jurnalisti Pavel Zarubinlə söhbətində qeyd edib.
Eyni zamanda Putin vurğulayıb ki, bu, onun şəxsi nöqteyi-nəzəridir və buna müxtəlif cür yanaşmaq olar.
"Əminəm ki, insanlar bunu fərqli qəbul edəcəklər. Mən özüm Almaniyada yaşamışam və hələ də orada çoxlu dostlarım var. Onların nasist keçmişinə necə yanaşdıqlarını bilirəm" – Putin sözünə davam edib.
O, həmçinin qeyd edib ki, həmin dövrdə baş verən hadisələrə görə almanlar özlərini günahkar hiss edirlər.
"Ancaq bir daha vurğulamaq istəyirəm: nə indiki, nə də gələcək nəsillər Hitler dövründə baş verənlərə görə əziyyət çəkməməlidirlər" - prezident sözünü yekunlaşdırıb.
Bundan əvvəl Putin nasizm üzərində qələbə ilə bağlı tarixi həqiqəti qorumağa çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.