İran hərbi gəmiləri BƏƏ-yə tərəf üzür

Bu gün, 16:24           
İran hərbi gəmiləri BƏƏ-yə tərəf üzür
İran dəfələrlə bəyan edib ki, region xalqları regionun təhlükəsizliyini kənar qüvvələrin iştirakı olmadan təmin edə bilər.
İran Hərbi Dəniz Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dostluq səfəri üçün Birləşmiş Ərəb Əmirliklərinə 4 hərbi gəmi göndərməyə hazırlaşır. Bu barədə "Tasnim" məlumat yayıb.
İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tanqsiri bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu və İran Hərbi Dəniz Qüvvələrinin dörd hərbi gəmisi BƏƏ donanması ilə təlim üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşəcək.
O əlavə edib ki, BƏƏ-yə ilk dəfə belə bir dəniz səfəri baş tutacaq.
Admiral Tanqsiri bildirib ki, İran dəfələrlə bəyan edib ki, region xalqları regionun təhlükəsizliyini kənar qüvvələrin iştirakı olmadan təmin edə bilər.
O, həmçinin İraqla birgə müharibə təlimi planlarını açıqlayıb və deyib ki, İran dəniz qüvvələri artıq Omanla birgə hərbi təlimlər keçirib.
Komandir daha sonra qeyd edib ki, pilotsuz təyyarələr daşıyan yeni çoxməqsədli döyüş gəmisi yaxın gələcəkdə SEPAH donanmasına qoşulacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.