Meksika ABŞ ilə sərhədə qoşun göndərir

4-02-2025, 16:28           
Meksika ABŞ ilə sərhədə qoşun göndərir
Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək.

Bunu Meksika lideri Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında deyib.

“Meksikanın milli müdafiə naziri Rikardo Trevilya Trexo artıq ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrinin yerləşdirilməsi planını hazırlayır”, - Prezident bildirib.

Şeynbaum əlavə edib ki, qoşunların sərhəd bölgələrinə göndərilməsi Meksikanın maraqlarına cavab verir.

Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, ABŞ-dən silah qaçaqmalçılığı ilə mübarizəyə kömək edəcək.

Qeyd edək ki, Meksika ABŞ ilə əldə olunan razılaşmalar çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün sərhədə Milli Qvardiyanın on min zabitini göndərəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru