Neftçala icra baçısı ilə jurnalist arasında mübahisə yaşandı-SAKİNLƏRLƏ GÖRÜŞDƏ

4-05-2016, 00:11           

Bu gün Neftçala icra başçısı İsmayıl Vəliyevin Astanlı-Aşağı Qaramanlı kənd sakinləri ilə görüşündə skandal yaşanıb.Beləki,ilk sualı Xoşqədəm İsmayılova qaz probleminin aradan qaldırması ilə bağlı maraqlanıb."Mənim oğlum oğlum I Qarabağ döyüşlərində döyüşə getdi nə öldüsündən,nə qaldısından indiyə kimi xəbərim yoxdur.Gözlərim yollardadır.Pensiyamı bilmirəm dava -dərmanıma,yoxsa oduna xərcləyim ki,evdə donmayaq.allah bilir bu qışı nə zülmlə keçirdik.sizdən bir ana,bir bacı kimi xahiş edirəm bizim bu qaz problemimizi həll edin".
İcra başçısı problemlə bağlı müvafiq orqanlara tapşırıq verib.Daha sonra təqaüdçü -müəllim kimi özün təqdim edən kənd sakini ikinci pay torpaqlarının əkinə yarasız olmasın çatdırmışdır.Görüşün yenicə başlamasına baxmayaraq qaz,və əkin sahələri ilə bağlı problemləri dinlədikdən sonra iclası yekunlaşdırmaq istəyərkən Uluyol.info xəbər portalının baş-redaktoru Saday Fərəcov söz alıb.

Neftçala icra baçısı ilə jurnalist arasında mübahisə yaşandı-SAKİNLƏRLƏ GÖRÜŞDƏ

Xəbər portalının baş -redaktoru kəndin problemlərindən danışıb."Ulu Yol Gənclər təşkilatı,uluyol.info xəbərə portalı adından hər birinizi 3 may Türkçülük günü ilə bağlı təbrik edirəm.Aramızda digər milli mənsublarıda atəşli salamlayır ,gələcək işlərinizdə müvəqqəyiyyət arzulayıram.Tədbirdə göründüyü kimi əsas Astanlı,Aşağı Qaramanlı və Qədimkənd məktəblərindən müəllimlər iştirak edir.Sizlərdən xahiş edirəm,hətta yalvarıram şagirdləri elə hazırlayınki,gələcəyimiz qarantidə,savadlı olsunlar.Çünki,gələcək prezidentimizdə,millət vəkilimizdə,müəllimdə,bütün sahələr üzrə çalışacaq insanlar məhz bu gün parta arxasında oturan məsum balalardı.

Problemlərə gəlincə,Mən artıq 10-cü aydır ki,Bakıda Təşkilatın işlərin yarımçıq saxlayıb Neftçalama gəlmişəm ki,problemlərin kökünə gedib,qarış-qarış gəzib problemləri çözək.Mənim fərdlərlə işim yoxdur.Əksəriyyət rayon rəhbərliyində çalışan insanlara ya yaxından ya uzaqdan qohum,tanışdır.Mənim istədiyim hərə öz sahəsində insanlara xidməti,problemi yerindəcə həll etməsidir.Astanlı və Aşağı Qaramanlı sakınləri ilə görüş olduğundan məhz bu iki kəndin problemlərin sadalayacam.Əvvala qeyd edim ki,burada rayonun icra strukturları,xəstəxana,təhsil,qaz,su və digər müəssisələrdən iştirakçı olması söhbətimizə güc qatacaq.

1) Bayaq qeyd olundu ki,Tədbirdə Su Təmizləyici qurğulardan işkirakçılar var.Yaxşı bir nəfər deyə bilərmi, Astanlı,Aşağı Qaramanlı,Qədimkən,Qaralı,Dördlər,Kür Qarabucaq,Yuxarı Qaramalı kəndlərində quraşdıralan su tıəmizləyici qurğulardan heç olmasa biri işləyirmi?

2) Bura gələrkən Aşağı Qaramanlıdan piyada yolun kənarı ilə müşahidə edə-edə gəldim ki,adətən yol kənarlarında işlər gedir.Rastlaşdığım mənzərə Yolun sağ tərəfində qrunt sularının asfalt yola çatması idi.Bu təkcə burda deyil,əkin sahələrimizdə qrunt suları altındadır.Kollektorlar vaxtı-vaxtında qazılmır.Bunun da sayəsində fermer istədiyi məhsulu biçə bilmir.Bunu mən deməsən bilən,görən yoxdur?

3)Əkin sahələrindən danışarkən,bu kənd sahələrinin ikinci pay torpaqları əkinə yararsızdır.Amma elə bu kənd torpaqlarından vaxtı ilə məmurlar min hektarlarla sahələri mənimsəyiblər.Bu ədalətsizlik nə vaxt sona çatacaq?

4)Bu kəndlər əsasən əkinçiliklə məşğuldur,Əkin varsa deməli həmin əkin sahələri suvarılmalıdır.Amma təəssüf ki,bir həftədir əkin sahələri və eləcədə həyətyanı sahələri suvarmaq ancaq arzudur.Ona görə ki,fanton işləmir.Kür çayı bildiyiniz kimi Aşağı Qaramanlı kəndində iki hissəyə ayrılır.Fanton qurğusunun işlədiyi qolda Kürün quruması nəticəsində əkin sahələri suvarıla bilmir.Artıq əl-ayağa düşüblər ki,Kürün kəndə gələn qolun qazıb su gətirsinlər.Bu tədarük əvvəlcədən görülməli deyildimi?

5)Elə bu suala əlavə kimi : dövlət büdcəsindən ayrılan 2 milyon manatın aqibəti maraqlıdır.Hansı ki,o pulun ayrılması nəticəsində Mənbəyi Kür çayından olan Qədimkən kəndindən iki qoşa borularla fanton qurğusu tikilib.Bəs iki il öncə təhvil verilməsi nəzərdə tutulan qurğu niyə indiyə kimi istifadəyə verilmir? Çünki orda iş getməyib.Təzə boru əvəzinə köhnəsin işlətməklə,istifadəyə verilmədən iki dəfə təmir olunmaqla orada iş görülməsi anlamına gəlmir.Bütün bunların hesabın kim verəcək?

Bütün bu suallardan sonra İcra başçısı jurnalist Saday Fərəcovu qərəzli olmasında günahlandırıb."Düzdür söz azadlığıdır,yazırsan yaxşı edirsən,heç kimdə sənə irad tuta bilməz.İndiyə kimi bu qədər araşdırma aparmısan sənə yazma,eləmə deyən olubmu?"

Jurnalist Saday Fərəcov isə bu sualın cavabında ,"Bəli olub,məhz siz tərəfdən olub.Hansı ki,o vaxtı mən xəbər portalı təsis etməmişdim.Aşağı Qaramalı kəndinin problemləri ilə bağlı saytlara verdiyim müsahibələrə görə çox incidildim".

Tədbir İcra başçısı və aşadırmaçı-yazar arasında olan çəkişlmələrlə sona çatıb.

P.S. Bütün yuxarıda sadalanan problemlərlə bağlı uluyol.info xəbər poratalında və digər onlarla informasiya agentliklərində işıqlandırılmasına baxmayaraq problemlər olduğu kimi qalmaqdadır.Bəzən jurnalistləri qınayırlar ki,tərəf tutursuz,qərəz göstərirsiz.Məgər sakinlərin problemlərin işıqlandırmaq,ölkənin taleyi ilə bağlı narahatçılıq,dövlətin güclənməsi üçün aparılan araşdırmalar qərəzdimi?! Növbəti yazılarımızda rayonun ikinci pay torpaqlarının əkinə yararsız sahələrdən verilməsi,münbit min hektarlarla əkin sahələrinin məmurlar tərəfindən talan edilməsi,Kür çayınının qurumasında gizli məqamlar,qrunt sularının zərər verdiyi həyətllərdən,su təhcizat qurğularının sıradan çıxması,kollektorların zığ suları ilə dolması və s. problemllərlə bağlı araşdırma yazılarımızı təqdim edəcik.Bizi izləyin...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.