Elnur Aslanov təkzib, faktlar isə təsdiq edir-araşdırma
4-05-2016, 09:37
Türkiyənin “Milliyet” qəzetinin yazarı Nagehan Alçının Azərbaycan düşmənçiliyi və azərbaycanlı dostları
Qəzetimizin 3 may tarixli sayında və musavat.com saytında skandal bir yazı dərc olunub. “Ermənipərəst türk jurnalistin arxasındakı adam bilindi...” başlıqlı yazıda iddia olunur ki, Azərbaycana qarşı davamlı yazılar yazan və ölkəmizi gözdən salan, ermənilərin tərəfini tutan türkiyəli yazar Nagehan Alçının Bakıda himayəçiləri var. Qəzetimizə mötəbər hesab olunan mənbədən verilən məlumatlarda iddia olunurdu ki, Azərbaycana girişinə qadağa qoyulan (səbəbi yazıda var, bu məqalədə də təkrar göstəriləcək) Nagehan Alçını Azərbaycan XİN-in qara siyahısından çıxarmaq o zaman Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri işləyən Elnur Aslanovun ciddi səyi nəticəsində mümkün olub.
Məhz onun müdaxiləsi və göstərişləri ilə Nagehan Alçı 2013-cü ildə “qara siyahı”dan çıxıb, Azərbaycana gəlmək imkanı əldə edib, ilk gəlişində də yenə ölkəmizi qaralayan yazı yazıb... Məlumatda bu məqamın üzərindən qısa keçilmişdi - çünki burada əsas hədəf Azərbaycan məmuru olan Elnur Aslanov yox, Azərbaycanı sevməzdən gələn “Milliyet” yazarı idi...
Saytımızın əməkdaşları yaradıcı yanaşaraq, hörmətli Aslanovla sayın Alçının foto-kollajını da düzəltmişdilər... Yazı günün ən çox oxunan yazısı oldu, diqqətləri çəkdi.
Bu yazı ilə əlaqədar ilk reaksiya Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışan Elnur Aslanovdan gəlib. E. Aslanov “Yeni Müsavat” Media Qrupunun sahibi R. Arifoğlunu arayaraq, yazıda özü ilə bağlı olan bütün iddiaları təkzib edib. Deyib ki, Nağehan Alçı adlı yazarı tanımır, onun qara siyahıdan çıxması üçün XİN və Türkiyədəki diplomatik missiyamıza heç bir təsir göstərməyib. R. Arifoğlu isə deyib ki, hətta zamanında N. Alçının “qara siyahı”dan çıxması üçün təşəbbüs göstəribsə də, burada problemli heç nə görmür: “Kim istər ki, hansısa bir türk yazarın adı Azərbaycan XİN-in qadağan siyahısında olsun?”
Əlbəttə, "KİV haqqında" Qanuna və AR Konstitusiyasına görə, hər kəs barəsində yayılan məlumatlara münasibət bildirmək, onları təsdiq, ya da təkzib etmək hüququna sahibdirlər. Biz Elnur bəyə bu hüququ tanıyır və onun dediyi təkzibi də xüsusi vurğulayırıq. Elnur Aslanov yuxarıda göstərilən başlıq altında yayınladığımız bu yazıda özü ilə bağlı bütün iddiaları rədd edir.
http://musavat.com/news/siyaset/ermeniperest-turk-jurnalistin-arxasindaki-adam-bilindi_344462.html
Lakin hər bir KİV də yaydığı məlumatlara görə məsuliyyət daşıdığı kimi, onları qorumağa, müdafiə etməyə, əsaslandırmağa, əlavə sübut və dəlillərlə zənginləşdirməyə borcludur.
Bu səbəbdən biz də yalançı durumda görünməmək üçün araşdırmalar apardıq. Belə məlum oldu ki, hörmətli Elnur Aslanovun təkzibi bizim dərc etdiyimiz məqalədəki iddialardan daha etibarsızdır.
Niyə?
Mənbələrimizdən alınan və özəl kanallarımızla dəqiqləşdirdiyimiz prosesin özətini yazmaqla, bütün “niyə”lərə cavab veririk:
* * *
Elnur Aslanov iddia edir ki, o, Nagehan Alçı adlı jurnalist tanımır və onunla heç bir əlaqəsi olmayıb.
2013-cü ilin noyabr ayının 14-də Elnur Aslanovun “Milliyet” qəzetində “”Azərbaycan və Türkiyə əlaqələrinin gələcəyi" adlanan məqaləsi dərc olunub.
http://www.milliyet.com.tr/azerbaycan-ve-turkiye/gundem/ydetay/1791759/default.htm
Araşdırmamız nəticəsində aydın olur ki, bu məqalənin “Milliyət”də dərc olunmasında məhz Nagehan Alçı vasitəçi rolunu oynayıb. Və bu zaman da o, E.Aslanova (birbaşa və etibarlı adamına ) adının Azərbaycan XİN-in qara siyahısında olduğundan şikayətlənib.
Bir daha xatırladaq ki, N. Alçı 2009-cu ilin noyabrında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyi üçün onun adı Azərbaycan XİN-in “qara siyahı”sına salınmışdı. Həmin səfər nəticəsində N.Alçı Türkiyə mediasında qondarma “DQR”i təqdir edən silsilə yazılar vermişdi.
Musavat.com-un araşdırmalarına görə, “Milliyet”də həmin məqalə dərc olunduqdan sonra E.Aslanov N.Alçının yaxşı jurnalist olması və onunla əməkdaşlıqdan Azərbaycana fayda gələcəyi barədə iqtidar düşərgəsində rəy formalaşdırmağa başlayır.
E. Aslanov N. Alçının adının qara siyahıdan çıxarılması ilə bağlı XİN mətbuat xidmətinin o vaxtkı rəhbəri, hazırda Azərbaycanın Efiopiyada səfiri olan Elman Abdullayevə təsir göstərir.
E. Aslanov həm də Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovla danışır, onu həmin jurnalistin adının qara siyahıdan çıxarılmasının vacibliyinə inandırır.
Son nəticədə həm XİN-in mətbuat xidmətindən, həm də Ankaradakı səfirlikdən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalova N.Alçının adının qara siyahıdan çıxarılması ilə bağlı XİN-ə müraciət etmək tapşırığı gəlir.
Həsən Zeynalov bu tapşırığı icra etməkdən boyun qaçırır və Prezident Administrasiyasına, XİN-ə rəsmi şəkildə müraciət edərək N.Alçı ilə bağlı mənfi rəy verir.
H.Zeynalovun etirazlarına baxmayaraq, E.Aslanovun tapşırığı və təzyiqi nəticəsində XİN və Ankaradakı səfirlik H.Zeynalovun başının üzərindən bu məsələni həll etməyə müvəffəq olurlar.
Ssenari də belə qurulur ki, N.Alçı Azərbaycanın Ankaradakı səfirliyinə müraciət edərək Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan getdiyinə görə təəssüfləndiyini bildirir və adının qara siyahıdan çıxarılmasını istəyir.
N.Alçının “üzrxahlığının” nədən ibarət olduğuna hələ toxunulacaq. Çünki bu başdangetdi müraciət nə təəssüf, nə də üzrxahlıq təəssüratı bağışlayır.
Bundan sonra Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşı - Elsəvər adlı şəxs E.Aslanovun yaxınlarından bir nəfərlə “Milliyet” qəzetinin redaksiyasına gedir və N.Alçı ilə görüşərək ona artıq “əfv olunduğu” xəbərini çatdırırlar. N.Alçı isə öz açıqlamasında səfirliyin əməkdaşının ona zəng açaraq üzrxahlıq etdiyini bildirir.
***
Faktlara baxaq:
http://www.ermenihaber.am/tr/news/2013/11/26/Nagehan-Al%C3%A7%C4%B1-Azerbaycan%E2%80%99%C4%B1n-yasakl%C4%B1-listesinden-nas%C4%B1l-%C3%A7%C4%B1kt%C4%B1m/21523
Milliyet gazetesinde yer alan gazeteci Nagehan Alçı’nın “Azerbaycan’ın yasaklı listesinden nasıl çıktım?” dikkatinize sunuyoruz.
2009’da Dağlık Karabağ sorunu gündemi çok meşgul ediyordu. Ama ismi var, cismi yoktu sanki... Ben o dönem bunca yazılıp çizilen yeri merakettim ve Dağlık Karabağ’a gitmeye karar verdim. Ama nasıl gidecektim? Ermenistan üzerinden gidilir dediler... Zaten Karabağ toprakları Ermenistan “işgali” altında. Ermeni bir yönetim var. Erivan’a uçtum, uzun süre Dağlık Karabağ’ın merkezi olan Stepanakert’e (Azeriler için Hankendi) gitmek ve oradaki yönetimden randevu almak için bekledim. Ve karayolu ile Ermenistan üzerinden Karabağ’a ulaştım...
***
Bir hafta geçirdim Karabağ’da. Savaş hikayeleri dinledim. Bir zamanlar güzelliği dillere destan olan şimdi ise savaş yüzünden harabeye dönmüş Şuşa’yı dolaştım. ‘Korkunç katliamın’ yaşandığı Hocalı köyüne gittim. Ermeni yönetimin başkanı, dışişleri bakanı ve çeşitli yöneticileriyle röportajlar yaptım. Uzatmayayım: Bence iyi gazetecilikti. Daha sonra Gazeteciler Cemiyeti’nin ‘yazı dizisi’ ödülünü aldı...
***
Ancak tüm bunlar olurken Azerbaycan beni Karabağ’a Ermenistan üzerinden ulaştığım için persona-non grata ilan etti. O gün bu gündür Azerbaycan’a girişim yasak. Ancak... Geçen gün telefonum çaldı. Karşımda Azerbaycan Büyükelçiliği Basın Ateşesi Elsevar Salmanov. Meğer Türkiye’den yalnızca ben persona-non-grata listesindeymişim. Görünce çok üzülmüşler ve bu işi düzeltmeye karar vermişler. Salmanov beni görmek için İstanbul’a geldi. Son derece liberal görüşlü, olumlu bir diplomat. İlham Aliev’e bir mektup yazmamı istedi. Yazdım. Önümüzdeki hafta Bakü’ye gidecek ve mektubu bizzat verecek. Böylece galiba benim ‘istenmeme’ durumum ortadan kalkmış olacak...
Ermenihaber.am
***
Nəticə etibarilə XİN 2013-cü il dekabrın 11-də N.Alçının adının qara siyahıdan çıxarıldığı barədə məlumat yayır. http://az.apa.az/print/324316
Məhz bundan sonra İstanbul konsulumuz Həsən Zeynalov növbəti dəfə XİN-ə müraciət edərək öz etirazını bildirir, lakin bunun heç bir nəticəsi olmur.
Göründüyü kimi, N.Alçının adının XİN-in qara siyahısından çıxarılmasının təşəbbüskarı E.Aslanov, icraçıları isə səfir Faiq Bağırov və XİN mətbuat xidmətinin rəhbəri E.Abdullayev olublar.
Xatırladaq ki, həmin dövrdə məhz E.Aslanovun tapşırığına əsasən, XİN-in mətbuat xidməti İstanbuldakı konsulluğunun mövqeyini nəzərə almadan Azərbaycanın Ankaradakı səfirliyinə “Todays Zaman” qəzetinin qalmaqallı əməkdaşı Mahir Zeynalova Türkiyədə akkreditasiya verilməsini tapşırmışdı.
O da bəllidir ki, N.Alçının ermənipərəst iddiaları ilə bağlı Türkiyənin “Bengi Turk” kanalının əməkdaşı Murad İde xanım jurnalisti sərt tənqid edib. Bununla bağlı N.Alçı M.İdeni məhkəməyə verib.
Məqalədə adları çəkilən hər kəsin mövqelərini dərc etməyə hazırıq.