Orta məktəb təhsili
8-05-2016, 23:52
Təhsilin səviyyəsi 75 %orta məktəblərdəki tədrisin kefiyyətindən aslidir.Bugünkü orta məktəblərdəkin təhsilin səviyyəsinə nəzər yetirsək təhsildə kefiyyətdən danışmaq olmaz.
Son dönəmlərdə ölkəmizdə bir çox sahələrdə ciddi irəliləyişlər ,islahatlar getsə də TƏHSİL SAHƏSİNDƏ CİDDİ addımlar atilmir.
Amma bu hamıya bəllidir ki,ölkədə bütün sahələrin inkişafı bir başa təhsillə bağlıdır.Əgər təhsil sistemində ciddi islahatlar getməzsə ,bu bütün sahələrdə mənfi təsirini göstərəcə.
Əgər təhsildəciddi islahatlar etmək, keyfiyyətə nail olmaq istəyiriksə, əvvəlcə orta məktəblərdən başlamaq, orada ciddi islahatlar aparmalı,idarəetmə və kefiyyətə ciddi nəzarət olunmali ,bir sözlə ədalətli və şəffaf mühit formalaşdırmalıdır.
Nəqədər ki,orta məktəblərdə şəfaflığın təmin olunması üçün real addımlar atılmır, ölkəmizdə təhsil islahatından danışmaq sadəcə vaxt itkisindən başqa bir şey deyil.Çünki təhsilin özülü orta məktəblərdə qoyulur və hər kəs orta məktəbdə oxuyur,amma hamı ali məktəblərdə oxumur,yəni hər bir fərdin təhsilində başlanğicı orta məktəblərdən başlayırsa islahatlarında başlanğıcı orta məktəblərdən başlanmalı.
Digər tərəfdən ali məktəblərdəki tələbə kontinigentinin bilik səviyyəsi birbaşa olaraq orta məktəblərdki təhsilin səviyyəsindən aslıdir.
Biz bakalavr pilləsi üzrə təhsil alanların əmək bazrında özünə uyğun yer tuta bilmədiyini müşahidə edirik.Buda əksər hallarda ali təhsil müəssələri qınağ obyektinə çevrilir.
Bu yanlış bir yanaşmadı.
Çünki hər bir məsələni araşdırarkən onun mənşəyinə diqqət etmək gərəkir.
Düzdür ali təhsil müəssisələrində də yeterli qədər çatışmamazliğların olması danılmaz bir faktdir.
Lakin orta məktəb kefiyyətli təhsil vermirsə onda biz ali məktəbdə kefiyyətli təhsildən danışa bilmərik.
_Orta məktəblərdə təhsilin kefiyyəti aşağı düşdükcə ali təhsil müəsələrinə keçid balları aşağı düşməkdə davam edir.Hansıki 2007 ci ildən əvvəlki keçid ballarına nəzər salsaq görərik ki,keçid balı 300-350 bal arasında dəyişir (bəzi ixtsas qrupları istisna olmaqla) buda ənənəvi 5ballıq qiymətləndirmə ilə 3 hesab olunur.Amma müşahidə aparsaq görərik ki ilbəil keçid balları yavaş-yavaş aşağı düşərək 150 bala kimi düşmüşdür.150 balda ənənəvi qiymətləndirmə ilə heç 2-də etmir və ya tutaq ki 2-i edir.Yaxşı 2 alaraq unversete girən tələbəyə ali təhsil müəssəsi orta məktəb həcmini öyrətsin yoxsa ona ali təhsil səviyyəsində təhsil versin?
2 alaraq ali məktəbə daxil olan tələbə ali məktəb programını hansı səviyyədə mənimsəyər?
Yaxud orta məktəb səviyyəsində iki alan ali məktəb səviyyəsində neçə alacaq!?
Burdan belə bir qənaətə gəlmək olar ki,yaxşı əgər tələbə ali tədris pilləsi üzrə programı minimum səviyyədə (klassiq 5 ballıq qiymətləndirmə ilə desək-3 səviyyəsində ) mənimsəmirsə,niyə ali təhsil müəssisəsi ona bakalavr səviyyəsi üzrə diplom verir.
Bu yanaşma doğrudu amma məsələnin başqa tərəflərını analiz etsək görərik ki,ali məktəb bu tələbəyə diplom verməyə məcburdu..Çünki bu iki alaraq ali təhsil müəssisələrinə daxil olanların sayı bir deyil iki deyil ki bunlara - umumi tələbə kontinigentinin böyük əksəriyyətini təşkil edir.Bu qədər tələbənin diplomsuz olaraq yola salmağın özünün böyük fəsadlara gətirib çıxaracaq ki,bu artıq başqa bir mövzudur.
Birdaha qeyd edim ki,orta məktəblərdə təhsilin kefiyyətini aşağı olması ali məktəblərin də səviyyəsinə birbaşa təsir edir və orda korrupsyanın və digər xoşagəlməz qanunpozmaların olmasına imkan yaradır.
Cəmiyyətimizdə digər bir qrup isə ali təhsil müəsisələrini bitirənlərin bilik və bacarıqlarının kefiyyətinə görə TQDK-nın keçid ballarının aşağı saldığına görə qınağ obyektinə çevirir.Bu tamami ilə məntiqsiz bir yanaşmadır,çünki keçid ballarını ali məktəblərə ayrılan plan yerləri və abuturyentlərin bilik səviyyəsi müəyyən edir ,TQDK müəyyən etmir.
Orta məktəblərin bugünü durumuna görə keşid balı yalnız bir usulla yuxarı qaldırmaq olar- kəskin sədd qoymaqla.Amma məsələnin həlli demək deyil.ÇÜNKİ keçid ballarının süni şəkildə qaldırmaq ali məktəblərçün ayrılan plan yerlərinin boş qalması ilə nəticələnicək .Yəni bu məsələnin həlli üçün çıxış yolu deyil.
Keçid balının bu cür olması da nəinki təhsildə bütün sahələrdə ağır fəsadlara yol açır.
Bütün bu sadaladığım məsələlərin həlli üçün yeqanə çıxış yolu ilk olaraq orta məktəb təhsilinə ciddi nəzarət mexanizmi yaradılmlıdır –(bunun üçündə ilk addım təhsilin yerli icra hakimiyyətindən olan aslılığına tamami ilə son qoyulmalıdır),orta məktəbdə dərslərin kefiyyəti yüksəldilməli və qanun pozuntularına qarşı ağır cəza tədbirləri görülməlidir.
Son illərdə Təhsil Nazirliyinin orta məktəb təhsilində nəticəs gözə çarpan ən effektli tədbiri yalnız dərs ilinin müdətini 15 gün artırılması və müəllimlərin bilik və bacariqların diognostikasının aparılmasıdır ki,bunlarında hansısa ciddi nəticələr verəcəyinə heç inanmıram. Bu sahədə nəticə əldə etmək üçün daha ciddi,adekvat adımlar atılmalı və məktəblərdə bütün neqativləri aradan qaldırılmalıdır..Əks təqdirdə dərs ilinin müddəti 55 gündə artırilsa və dərs saatları 45 dəqiqə deyil 55 dəqiqə olsada heç bir nəticə əldə etmək olmaz.
Bunuda qeyd edim ki, bu geriləmənin və çatışmamazlığlardan təkcə Təhsil Nazirliyi narahat olmalı deyil- təhsillə bağlı olan hər bir çatışmamazlığa görə peşəsindən aslı olmayaraq biz vətəndaş olaraq hər birimiz narahat olmalı və və bu sahədə nəzrət edən dövlət qurumlarına əlimizdən gələn köməyliyi əsirgəməməliyik.
Əks təqdirdə Təhsilsiz cəmiyyətdə heç bir inkişafdan danışmaq olmaz!!
Samir Əzimov