Misirlilərin piramidaların tikintisi üçün seçdikləri Giza yaylasının sirri açıldı - FOTO

31-08-2022, 10:37           
Misirlilərin piramidaların tikintisi üçün seçdikləri Giza yaylasının sirri açıldı - FOTO
Misirlilərin piramidaların tikintisi üçün hansı səbəbdən Giza yaylasını seçmələrinin sirri tapılıb. Məlum olub ki, Qədim Krallığın 4-cü sülaləsinin fironları bu yeri Nil çayına yaxın və asan keçilən kanala bitişik olduğu üçün seçiblər.

Bu barədə uzun müddət tədqiqatlar aparan fransalı və misirli arxeoloqların PNAS jurnalında dərc olunan elmi işində məlum olub.

Onların sözlərinə görə, Nil Qədim Misir tarixində sülalə dövrünün sonunda dayazlaşıb, ancaq Xufu, Xafra və Menkaure dövründə bu kanal gəmiçilik üçün inkişaf etmişdi. Deməli, buradan piramidalar üçün tikinti materiallarını çatdırmaq üçün istifadə edilə bilərdi.

Qeyd edək ki, Xeops piramidası eramızdan əvvəl III minilliyin ortalarında tikilib. Onun tikintisinə Qədim Krallığın dördüncü sülaləsinin hökmdarlarından biri olan firon Xufu təşəbbüs göstərib. Qədim Misirin bütün böyük piramidaları, o cümlədən Xafra və Menkaure piramidaları, həmçinin məşhur Sfinksin abidəsi bu sülalənin dövründə tikilib.oxu.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru