Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 5 dəfə artıb

31-08-2022, 11:40           
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 5 dəfə artıb
Bu ilin yanvar-iyul aylarında əcnəbilər bank kartları vasitəsi ilə 1 287,6 milyon manatlıq əməliyyat aparıb.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur.

Təkcə iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 213,6 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 25,9% azdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru