Erməni milyarder Rusiya nvətəndaşlığından imtina etd, Qarabağa köçür - Vardanyanınn yeni FIRILDAĞI

1-09-2022, 18:54           
Erməni milyarder Rusiya nvətəndaşlığından imtina etd, Qarabağa köçür -
Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək qərarını açıqlayıb.
Teref.az yazır ki, Vardanyan bunu videomüraciət formasında edərək sosial şəbəkələrdə və YouTube-da yerləşdirib.

2019-cu ilin mart ayında OCCRP “Troyka Dialoq” ofşor şirkət sistemi ilə bağlı araşdırma yayımladı və bu sistem vasitəsilə pulun gizli şəkildə Rusiyanın ən güclü adamlarına, məsələn, Vladimir Putinin dostu Sergey Rolduginə köçürüldüyünü sübut etdi. 2006-2013-cü illərdə bu şirkətlərin hesablarından 4,5 milyard dollardan çox vəsait keçib. Araşdırma materialları Meduza-da rus dilində dərc olunub. Materiallar dərc edildikdən sonra Avropa Parlamentinin deputatları Ruben Vardanyana qarşı sanksiyaların tətbiqini tələb ediblər.

"Vardanyanın çirkli pulları necə yuması haqqında aparılan araşdırma:"Rus elitasının pul kisəsi - "Troyka Dialoq" ofşor imperiyası necə işləyir.
(https://meduza.io/feature/2019/03/04/koshelek-rossiyskoy-elity)"
Qarabağda çirkli daşınmalar, narko və silah trafiki ilə məşğul olan bu şübhəli keçmişə malik adam həm də Qarabağın təbii resurslarının talanmasında müstəsna xidməti var.
Qarabağda talanlarda onun iş ortağı , əslən Livandan olan Kanada , ABŞ və ermənistan vətəndaşı milyader Nubar Afoyan olub.
Hər ikisi Yaxın Şərqdə silah alverçisi olan bu cütlük həm də Qarabağın qeyri-qanunu məskunlaşdırmasında aktiv iştirak edib. (Y. Hacıyeva)

Qarabağa Yaxın Şərqdən, Suriya və Livandan erməni ailələrinin köçürülməsinə bu cütlük patronajlıq edib.
Vardanyan Qarabağda “ekoloji kəndlərin salınması” adı altında məxvi və şübhəli layihələr həyata keçirirdi.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.