Bəşər tarixində ilk təcrübə: NASA canlı efirdə asteroidi vurmağa çalışacaq - FOTO

2-09-2022, 10:33           
Bəşər tarixində ilk təcrübə: NASA canlı efirdə asteroidi vurmağa çalışacaq - FOTO
NASA sentyabrın 27-də yeni eksperiment həyata keçirəcək.

Eksperiment idarəolunan zondla toqquşdurulma vasitəsilə asteroidin istiqamətinin dəyişdirilməsini nəzərdə tutur.

Alimlər asteroidi DART zondu ilə vurmağa çalışacaqlar. Planlaşdırıldığına görə, toqquşma asteroidin trayektoriyasını dəyişdirməlidir. Bu, bəşər tarixində ilk belə təcrübə olacaq.

Sözügedən asteroid Yer üçün təhlükəli hesab olunmur. Eksperiment sadəcə olaraq Yer kürəsini gələcəkdə belə təhlükələrdən qoruyan sistemin mümkünlüyünü nümayiş etdirmək üçün aparılır.

Mənbə: İnvolta.media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.