General-mayor Bəkir Orucovun Tərtər hadisələrindəki roluna görə saxlanılması xəbəri öz təsdiqini taparsa...

2-09-2022, 09:55           
General-mayor Bəkir Orucovun Tərtər hadisələrindəki roluna görə saxlanılması xəbəri öz təsdiqini taparsa...
General-mayor Bəkir Orucovun Tərtər hadisələrindəki roluna görə saxlanılması xəbəri öz təsdiqini taparsa, bir sıra müəmmalı suallar ortaya çıxacaq.
Anlaşılmaz olan təkcə Tərtər hadisələri zamanı Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsində işləyən general-mayor Bəkir Orucovun səlahiyyətində olmayan sahəyə necə necə müdaxilə etməsi deyil. Həm də bu hadisədən 4 il sonra, yəni 2021-ci ilin 28 sentyabrında hansı əsasla Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilməsidir.
Teref.az yazır ki, bunu jurnalist, Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyir.Daha sonra Heydər bəy qeyd edir:
Belə çıxır, Tərtər hadisələrdə göstərdiyi əvəzsiz qabiliyyət və əsgərləri “tərbiyyə üsulu” hakimiyyətin o qədər xoşuna gəlib ki, onu gətirib birbaşa Müdafiə Nazirliyinin “əsgər tərbiyə” etmək idarəsinə rəhbər qoyublar. Yəni əməlli-başlı mükafatlandırıblar. Özü də nə vaxt? Tam 44 günlük müharibənin başlanmasının 1-ci ildönümündə. Görünür, 44 günlük müharibədə böyük sücaətlər göstərmiş əsgərlərimizin də “xüsusi tərbiyyələndirilmə”lərinə ehtiyac duyulub. Eynilə Tərtər hadisəsində olduğu kimi...
Heydər Oğuz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru