Dünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı - TƏFƏRRÜAT

11-03-2023, 11:07           
Dünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı - TƏFƏRRÜAT
Ötən gün Bakıda baş verən silahlı insidentlə bağlı saxlanılanlardan birinin kimliyi bəlli olub.

TEREF.AZ-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə ilə bağlı aparılan əməliyyat-istintaq tədbirləri çərçivəsində Elvin Qasımov adlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun bu insidentin sifarişçisi olduğu iddia edilən kriminal avtoritet Emin Qasımovun qardaşı olduğu bildirilir.

Qeyd edək ki, dünən Bakı Sirkinin qarşısında iki nəfərin yaralanması ilə nəticələnən silahlı insident ətrafında müzakirələr davam edir. Silahlı hücumun kriminal aləmdə "Brilyant” ləqəbi ilə tanınan Nicat Lənkəranskiyə qarşı təşkil olunduğu iddia edilir.

İddialara görə, 2022-ci ilin oktyabrında Nicat İstanbulun Ataşehir qəsəbəsində "Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elnur Qasımovu Tural adlı killer vasitəsilə öldürtdürüb. Bundan sonra isə Emin qisas almaq qərarına gəlib və Nicatı aradan götürmək üçün killer tutub.

Eminin hazırda Azərbaycanda olmadığı bildirilir. Həyatda olan yeganə qardaşı Elvin Qasımov isə Bakıda yaşayır. Onun kriminal aləmlə bağlılığı olmadığı və restoran biznesi ilə məşğul olduğu deyilir.

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyi cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfərin saxlanıldığını bildirmiş, lakin onların adları açıqlanmamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru