Mask: "Epşteyn məni adasına dəvət etdi, amma mən imtina etdim"

Bu gün, 15:34           
Mask: "Epşteyn məni adasına dəvət etdi, amma mən imtina etdim"
Amerikalı milyarder adının “Epşteyn işi”ndə hallanmasına münasibət bildirib

Amerikalı milyarder, “Tesla”nın rəhbəri İlon Mask “Epşteyn işi”ndə adının çəkildiyi yeni açıqlanan sənədləri şərh edib. İş adamı cinsi cinayətə görə məhkum edilmiş maliyyəçinin onu adasına dəvət etdiyini təsdiqləyib.

AYNA.AZ bildirir ki, Mask “X” sosial media platformasında yazıb: “Epşteyn məni adasına getməyə məcbur etməyə çalışdı, lakin mən imtina etdim".

Mask əvvəllər dəfələrlə ABŞ hökumətini işlə bağlı bütün materialları açıqlamağa çağırıb.

Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə yetkinlik yaşına çatmayanların seksual alverinə görə həbs edilib. Elə həmin il həbsxanada intihar edib. İttiham şahidləri iddia edirlər ki, o uşaqları öz adasında, Kiçik Sent Ceymsdə saxlayıb. Onun iş materiallarında adaya səfər etmiş ola biləcək Britaniya şahzadəsi Endryu da daxil olmaqla, həm amerikalılar, həm də əcnəbilər arasında bir çox nüfuzlu və məşhur şəxslərin adı çəkilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru