Niyə Avropanın bir nömrəli startap mərkəzi Londondur?
Bu gün, 16:24

Avropada bir çox şəhərlər sürətlə inkişaf edən texnologiya və startap mühiti ilə diqqət çəkir. Berlin, Paris və Amsterdam kimi mərkəzlərdə aktiv icmalar mövcuddur. Lakin bütün göstəricilər sübut edir ki, qitənin əsas startap mərkəzi hələ də Londondur. Şəhər kapitala çıxış, güclü rəqəmsal infrastruktur, şəffaf hüquqi mühit və istedadlı gənclərin axını ilə rəqiblərindən bir addım öndədir. Niyə Avropanın bir nömrəli startap mərkəzi Londondur?
Valyuta.az xəbər verir ki, Londonda həm kapitala çıxış imkanları, həm də rəqəmsal infrastruktur və elmi potensial birləşərək startapların sürətlə böyüməsinə şərait yaradır.
Kapitala çıxış
2023-cü ildə Böyük Britaniya vençur kapital bazarının həcmi 8 milyard funt sterlinqə çatıb. ABŞ və Çindən sonra dünyada üçüncü, Avropada isə açıq şəkildə birincidir. Son 3 ildə ölkəyə cəlb olunan sərmayələr Fransa, Almaniya və İsveçin ümumi göstəricilərini geridə qoyub. Bu da Londonun maliyyə ənənəsinin gücünü göstərir. Fond yığımından tutmuş çıxışlara qədər bütün proseslər paytaxtda cəmlənir.
Rəqəmsal biznes mühiti
Böyük Britaniyada şirkət yaratmaq sadə və çevikdir – qeydiyyat prosesi onlayn şəkildə sürətlə həyata keçirilir. Startaplar ağır bürokratiya ilə qarşılaşmır, bu da onları Londonu seçməyə sövq edir.
Hüquqi şəffaflıq və dil üstünlüyü
Londonun hüquqi sistemi beynəlxalq investorlar üçün daha tanış və rahatdır. ABŞ-la oxşarlıqları olan sistem şəffaf və elastik qaydalar təqdim edir. Bundan əlavə, ingilis dili qlobal biznesin əsas dili olaraq həm investorlarla, həm də kadrlarla ünsiyyəti asanlaşdırır. Paris və ya Berlində isə yerli dil bilikləri daha çox tələb olunur.
İstedad axını
Londonun akademik mühiti də güclüdür. UCL, LSE və Imperial College kimi dünyanın nüfuzlu universitetləri hər il yüzlərlə yüksək ixtisaslı məzunu texnoloji ekosistemə qazandırır. Bu da şəhərin davamlı olaraq güclü insan resursları ilə təmin olunmasına şərait yaradır.
Mənfi tərəf
Bununla belə, Londonun bir çatışmazlığı var – yüksək ixtisaslı mühəndislərin işə götürülməsi ABŞ-la müqayisədə daha baha başa gəlir. Çünki Böyük Britaniyada gəlir vergisi nisbətən aşağıdır, nəticədə əmək xərcləri daha yüksək görünə bilər. Amma digər üstünlüklər bu mənfi məqamı kölgədə qoyur.