"Azercell" öz talançılığından qalmır - Şəhid anasının balansından iki dəfə pul "oğurladı"

Bu gün, 10:10           
"Azercell"  öz talançılığından qalmır -
“Azercell” şəhid anasının balansından yenə xəbərsiz pul silib.

AFN.az xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu açıqlama verib. Onun sözlərinə görə, şirkət birinci dəfə iyul ayında etdiyi "balans oğurluğu"na görə anası Mədinə Vəliyevanın istifadə etdiyi nömrəyə 29 manat geri qaytarıb:

"Məcbur etdim, rəhbərlikdən anama zəng edərək üzr istədilər, bir daha həmin nömrədə pullu xidmətlərin aktiv edilməyəcəyinə söz verdilər. Bir neçə gün öncə təsadüfən nömrəni yoxlatdıranda məlum oldu ki, yenə də nömrəni icazəsiz olaraq pullu xidmətlərə qoşub balansdan oğurluq edirlər. Bu gün balansdan oğurladıqları 9 manatı geri qaytardılar. Yenə söz verdilər ki, bir daha nömrədə pullu xidmətlər icazəsiz aktiv edilməyəcək. Amma mən "Azercell"ə güvənib etibar etmirəm. Bu şirkət soyğunçu, oğru və talançıdır."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru