BU NƏDİ BELƏ: AYNA-nın bir şirkətlə 50 milyonluq tendersiz satınalmaları ortaya çıxdı - SİYAHI

Bu gün, 12:06           
 BU NƏDİ BELƏ: AYNA-nın bir şirkətlə 50 milyonluq tendersiz satınalmaları ortaya çıxdı - SİYAHI
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) böyük məbləğdə tendersiz satınalmaları məlum olub.

"DİA-AZ" xəbər verir ki, söhbət eyni xidmətin bir neçə hissə ilə eyni şirkətə sifariş verilməsindən gedir.
Belə ki, AYNA Bakı şəhəri və respublikanın digər ərazilərində xətləmə və nişanlama işi ilə bbağlı böyük sifarişləri tendersiz olaraq STP-BTECH MMC-yə verib.

Agentliklə «STP-BTECH» MMC-nin əməkdaşlığı 2024-cü ildən, «STP-BTECH» yarananan dərhal sonra başlayıb.

2024-cü ilin sentyabrında şirkət AYNA-dan tendersiz ilk sifariş alıb - Ölkə ərazisində, o cümlədən Bakı şəhərində nişanlanma işləri üçün Agentlik «STP-BTECH»ə 3 milyon 669 min manatlıq sifariş verib.

Təxminən həmin vaxtda Agentlik "STP-BETCH" MMC ilə tendernsiz 2-ci müqaviləsini bağlayıb - Təmir olunan küçə və prospektlərdə eləcə də əsas magistral yollarda yol nişanlarının quraşdırılması və xətlənmə işləri üzrə müqaviləyə əsasən Agentlik bu işlərə görə şirkətə 16 milyon 924 min manat vəsait ödəməlidir.

2025-ci ilin mayında şirkət AYNA-dan növbəti tendersiz sifariş alıb -

"STP-BTECH" ilə (VÖEN-i 2907446991) Respublika ərazisində xətlənmə işləri ünin 17 milyon 603 min manatlıq müqavilə imalanıb. Bundan cəmi 1 ay sonra AYNA "STP-BTECH" ilə yenə də respublika ərazisində yolların nişanlanma işlərinin satın alınması üzrə növbəti tendersiz müqavilə imzalayıb – bunun məbləği 14 milyon 692 min manat olub.

Başqa sözlə, AYNA demək olar ki, eyni tipli işlərin görüşlməsi üçün bir ildən də az olan müddətdə eyni şirkətə 52,9 milyon manatlıq tendersiz sifariş verib.

Maraqlıdır ki, adətən tendersiz, bir mənbədən olan müqavilələr mürəkkəb, bir şirkətin həyata keçirməsi ilə mümkün olan işlər üzrə bağlanılır. Yolların xətlənməsi xidməti isə belə işlərə aid deyil.

Xatırladaq ki, "STP-BTECH" MMC 2024-cü ildə yaradılıb, nizamnamə kapitalı 240 min manat, qanuni təmsilçisi Emre Yalcındır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru