Türkiyədə avtomobil yük maşını ilə toqquşdu: 5 ölü, 6 yaralı
Bu gün, 12:44
Manisanın (Türkiyə) Salihli rayonunda ağır avtomobil qəzası baş verib.
İHA xəbər verir ki, qəza İzmir-Ankara D300 avtomobil yolunun Caferbey məhəlləsi yaxınlığında qeydə alınıb.
Qarşı zolağa çıxan avtomobilin yük maşını ilə toqquşması nəticəsində avtomobildə olan 5 nəfər hadisə yerində həlak olub. Yük maşınında olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.