“Atamla barışmağıma mane olurlar” - Şahzadə Harri

Bu gün, 10:34           
“Atamla barışmağıma mane olurlar” - Şahzadə Harri
Britaniya şahzadəsi Harri atası Kral Çarlzla münasibətlərinin normallaşmasına bəzi insanların qəsdən maneələr yaratdığını bildirib.

TEREF Qafqazinfo-ya istinadən xəbər verir ki, o, son günlər mətbuatda atasının evindəki görüş barədə yayılan xəbərləri tamamilə yalan adlandırıb.

Məlumata görə, Şahzadə Harri 10 sentyabrda Londonda, Klarens Hausda Kral Çarlzla görüşüb. Bu, onların 2024-cü ilin fevralından bəri ilk üz-üzə görüşü olub. Bununla belə, “The Sun” qəzeti şənbə günü yazmışdı ki, görüş gözləniləndən daha rəsmi ab-havada keçib və Harri özünü ailə üzvü kimi deyil, rəsmi qonaq kimi hiss edib.

Şahzadənin sözçüsü açıqlamasında iddiaları təkzib edərək bildirib ki, bu xəbərlər tamamilə uydurmadır və ata-oğul barışığını pozmaq niyyəti güdən mənbələr tərəfindən qəsdən yayılıb.

“The Sun” isə öz növbəsində Harri tərəfindən bəzi məqamların təsdiqləndiyini iddia edib və xəbərin dərc olunmasından öncə şahzadənin ofisinə şərh üçün müraciət etdiyini, lakin cavab verilmədiyini açıqlayıb.

Şahzadə Harrinin Birləşmiş Krallığa son səfəri dörd gün davam edib. O, bu müddətdə Nottingem və Londonda bir sıra xeyriyyə tədbirlərində iştirak edib. Qeyd edək ki, Harri ilə Kral Çarlz sonuncu dəfə təxminən iki il əvvəl, kralın xərçəng diaqnozu aldığı dövrdə görüşmüşdülər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru