Dünyanın ən iri oyun şirkəti satılır

Bu gün, 15:44           
Dünyanın ən iri oyun şirkəti satılır
Dünyanın ən iri oyun şirkətlərindən biri olan Electronic Arts (EA) tarixdə ən böyük özəlləşdirmə əməliyyatlarından biri ilə satılmaq üzrədir.

Valyuta.az xəbər verir ki, şirkət 50 milyard dollara yaxın məbləğə investor qrupuna keçəcək. Alıcılar arasında "Silver Lake" fondu və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) var.

Qeyd olunur ki, razılaşma yaxın günlərdə elan oluna bilər. Belə əməliyyatlarda alınan şirkətin öz gəlirləri ilə borcu ödəməsi tələb olunur ki, bu da gələcəkdə işçi ixtisarları və risklər yarada bilər.

Məlumata görə, "EA" son illərdə çətinliklərlə üzləşib: FIFA lisenziyasını itirib, BioWare-də ixtisarlar aparılıb. Lakin yeni Battlefield 6 oyunu şirkət üçün mühüm dönüş ola bilər.

Əgər satış baş tutarsa, The Sims, Battlefield, Apex Legends, Mass Effect, Need for Speed kimi məşhur oyun seriyaları da yeni sahiblərin nəzarətinə keçəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru