250 milyonluq mirası kimə qalacaq?

Bu gün, 17:34           
250 milyonluq mirası kimə qalacaq?
Hollivud aktyoru Brüs Uillisin ailəsi onun mirası uğrunda mübarizə aparmalı olacaq.

TEREF xəbər verir ki, bu barədə aktyorun ailəsinə yaxın mənbələr məlumat yayıb. Söhbət ktyorun 250 milyon dollar dəyərində mirasından gedir.
Bildirilib ki, Brüs Uillisin 47 yaşlı həyat yoldaşı Emma Heminq aktyorun böyük qızları tərəfindən təzyiq altındadır.

"O, nəinki Brüs baxır, həm də onun böyük sərvətinə nəzarəti artıq öz üzərinə götürüb ki, bu da onun digər yaxın qohumlarını sevindirməyib. Hər kəs hiss edir ki, heç kim açıq şəkildə etiraf etməsə belə, pul uğrunda mübarizə başlayacaq" deyə, mənbə açıqlayıb.

Qeyd edək ki, Brüs afaziya diaqnozu qoyulanduqdan sonra karyerasını bitirib.

Axşam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru