Çinli cərrahlar uşağa dünyanın ən kiçik süni ürəyini köçürüblər

16-04-2025, 17:44           
Çinli cərrahlar uşağa dünyanın ən kiçik süni ürəyini köçürüblər
Çinli həkimlər 7 yaşlı uşağa dünyanın ən kiçik süni ürəyinin köçürülməsi üçün unikal əməliyyat keçiriblər.

Bu barədə "Sinxua" agentliyi xəbər verib.

Əməliyyat Xiehe Xəstəxanası, Tongji Tibb Kolleci, Huazhong Elm və Texnologiya Universitetinin həkimləri tərəfindən ürək-damar cərrahiyyəsi mütəxəssisi Dong Nianguonun rəhbərliyi altında həyata keçirilib.

"Həkimlər terminal ürək çatışmazlığı olan xəstələrin müalicəsi üçün üç il ərzində hazırlanmış maqnit levitasiya nasosu olan cihazdan istifadə ediblər", - nəşr vurğulayıb.

Cihazın çəkisi cəmi 45 qram, nasosun diametri isə 2,9 santimetrdir. Çin alimləri hesab edirlər ki, yeni nəslin implantasiya edilmiş süni ürəyi aşağı enerji sərfiyyatı, uzun batareya ömrü, yüksək etibarlılıq və xəstənin orqanizminə avtomatik uyğunlaşma qabiliyyəti ilə xarakterizə olunur.

Doktor Dong Nianquo vurğuladı ki, əvvəllər bu cür cihazlar əsasən böyüklər üçün yaradılmışdı, halbuki çəkisi 30 jindən (təxminən 15 kiloqram) az olan uşaqlar üçün uyğun implant tapmaq olduqca çətin olub.

"Sinxua" əlavə edib ki, Çində hər il uşaqlar arasında 40 000-ə yaxın ağır ürək çatışmazlığı halı qeydə alınır və onların təxminən 10%-i orqan transplantasiyası tələb olunur. Eyni zamanda, həyata keçirilən əməliyyatların sayı kiçik olaraq qalır - ildə yüzdən azdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.