Vətəndaşlara xəbərdarlıq: terrordan daha təhlükəlidir – Üç çıxış yolu

17-04-2025, 16:34           
Vətəndaşlara xəbərdarlıq: terrordan daha təhlükəlidir – Üç çıxış yolu
Kapital Bankın müştərilərinin məlumatlarının hakerlərin əlinə keçməsi haqda xəbərlər sosial şəbəkələrdə müzakirə obyekti olub. Qurumun yayılan informasiyaları təkzib etməsinə baxmayaraq, dələduzların ötən həftəsonu vətəndaşların 40 min manatdan çox pulunu mənimsəməsi bu fonda narahatlıqları artırıb. Ümumiyyətlə, Daxili İşlər Nazirliyi hər gün bu mövzuda çağırışlar etsə də, oğurluq halları azalmır, əksinə, artır.

Bundan əvvəl, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə verilən vəsait də Kapital Banka kiberhücum nəticəsində ələ keçirilmişdi. Həmçinin yanvar ayının sonlarında sözügedən bankın “Birbank” sistemində problem yaşanmışdı. Bildirilir ki, bütün bunlar vətəndaşları banklardan soyuda, güvənsizlik yarada, nəticədə insanların vəsaitini yenidən “yastıq altına” yığmasına səbəb ola bilər. Əksəriyyət düşünür ki, artıq dünyada terror, sui-qəsdlər yerini kibercinayətlərə verir.

Kiberhücumlardan sığorta mümkün deyilmi?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, son günlər banklarla bağlı yayılan xəbərlər – məlumat sızmaları, texniki nasazlıqlar və kiberhücum iddiaları ictimaiyyət arasında haqlı narahatlıq yaradıb:

“Bu cür məlumatların sosial mediada sürətlə yayılması onlara olan güvəni sarsıda bilər. Bank sisteminə güvən – istər texniki, istərsə də kommunikativ baxımdan, həm bankların, həm də dövlətin birgə qoruması altında olmalıdır. Çünki bu sistemin zədələnməsi sadəcə banklara deyil, ölkənin maliyyə sabitliyinə təsir edə bilər. Şəxs bank sistemini etibarsız hesab edirsə, vəsaitini “yastıq altına” qoymaq kimi arxaik metodlara yönəlməsi mümkündür. Bu isə rəqəmsal iqtisadiyyatın inkişafına əngəl törədir”.

Mütəxəssis bildirib ki, baş verən texniki problemləri vaxtında və aydın dildə izah etmək vacibdir:

“Şəxsi məlumatların qorunması, sistemlərin davamlı olaraq audit olunması və kiberhücumlardan sığorta mexanizmlərinin genişlənməsi banklara olan inamı möhkəmləndirə bilər. Bugünkü dövrdə bank sistemləri üçün sığorta və ya kompensasiya mexanizmləri tam mümkündür. Məsələn, bəzi hallarda banklar zərərçəkən müştərilərə geri ödənişlər edir, bəziləri isə öz təhlükəsizlik sistemlərini sığorta şirkətləri vasitəsilə qoruyur. Azərbaycanda da bu sahədə hüquqi və texnoloji infrastruktur inkişaf etdirilməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.