TƏHLÜKƏ!! Qadınlarda yeni cinsi xəstəlik peyda olub

17-04-2025, 17:08           
TƏHLÜKƏ!! Qadınlarda yeni cinsi xəstəlik peyda olub
Qadınların intim bölgəsində "ət yeyən" bakteriyaya rast gəlinib.

TEREF Milli.Az-a istinadla xəbər verir ki, İngiltərədə yayımlanan tibbi hesabat nadir, lakin ölümcül olan "ət yeyən bakteriya" infeksiyasının qadınların cinsiyyət orqanına da təsir edə biləcəyini üzə çıxarıb.

Shrewsbury və Telford Xəstəxanasının həkimləri vulvada inkişaf edən üç nekrotizan fasiit halını sənədləşdiriblər. Bu infeksiya sürətlə yayılan və toxumaları məhv edən çox aqressiv bakteriya növüdür. Xəstəlik xüsusilə immun sistemi zəif olan şəxslərdə ciddi təhlükə yaradır və vaxtında müdaxilə edilməzsə ölümcül olur.

Mikrobioloq Bill Sullivan izah edib ki, bakteriyalar dəriyə daxil olaraq əzələ, sinir və damarları əhatə edən toxumalara çatır və onları az vaxtda dağıdır. Əgər infeksiya qan dövranına keçərsə, sepsis adlanan ağır immun cavab başlayır və bu da orqan çatışmazlığı ilə nəticələnə bilər.

Hesabatda qeyd olunub ki, birinci xəstə infeksiyadan cəmi 28 saat sonra vəfat edib. İkinci xəstədə isə labia majorada irinli infeksiya yaranıb və nəticədə üç dəfə əməliyyat olunaraq plastik cərrahiyə ilə sağalıb. Üçüncü qadın isə uşaqlıq əməliyyatı sonrası yaranan infeksiyaya yoluxub, xəstə toxuma çıxarılıb və güclü antibiotiklərlə müalicə olunaraq sağalıb.

Mütəxəssislər bildirirlər ki, bu cür infeksiya çox nadir hallarda müşahidə olunsa da, diaqnozun gec qoyulması ölüm riskini ciddi şəkildə artırır. Xəstəlik adətən travmatik dəri zədəsi, cinsi əlaqə, əməliyyat və ya pirsinqdən sonra yarana bilər. Bill Sullivan qeyd edib ki, bu infeksiyanın intim bölgədə aşkarlanması çətin olduğundan ginekoloqlar xüsusilə diqqətli olmalıdır:

"Zaman çox vacibdir. Erkən diaqnoz həyat qurtarır."

Mütəxəssislər bu təhlükəli xəstəliyə qarşı cəmiyyətdə geniş miqyaslı məlumatlandırma işlərinin aparılmasını vacib hesab edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.