İngiloyların islam uğrunda savaşı - İtitala kəndi

17-04-2025, 16:49           
İngiloyların islam uğrunda savaşı - İtitala kəndi
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Balakən rayonunun İtitala kəndinə səyahət edilib.

Balakən rayonunun inzibati ərazisi olan İtitala Katex çayının sahilində yerləşir. Kəndə bu ad onun yerləşdiyi talanın iti bucağa oxşamasına görə verilib.

Əhalisinin sayı 2324 nəfərdən ibarətdir və əksəriyyətini müsəlmanlar təşkil edir. Kəndə girəndə insan özünü müasirliklə keçmişin tam mərkəzində hiss edir. Bir tərəfdə at arabasında iş dalınca tələsənlər, digər tərəfdə isə velosipedlə məktəbə gedən şagirdlər. Velosiped burada ən məşhur nəqliyyat növüdür.

İngiloylar ondan istifadə edərək həm büdcələrinə qənaət edir, həm ekologiyanı qoruyur, həm də sağlamlıqlarının qayğısına qalırlar. İtitalanın qədimdən qalan məscidi isə ingiloyların dinə bağlılığının nümunəsidir. İbadət ocağının imamı Hacıməhəmməd Əlizadə məscid haqqında məlumat verərək, onun 1910-cu ildə tikildiyini bildirib.

"2006-cı ildə nəm çəkdiyi üçün məscidi qazıb bərpa işləri görüləndə içindən onun yarısı ölçüsündə başqa bir məscid çıxdı", - deyə o əlavə edib. Verilişdə həmçinin ingiloyların milli mətbəxinə aid yeməyin hazırlanmasına, eləcə də onların adət-ənənələri ilə bağlı söhbətlərə yer verilib.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.