ABŞ-nin zaman və məkanı manipulyasiya etmək imkanı var?
17-04-2025, 12:42
ABŞ zamanı və məkanı manipulyasiya edə bilər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ağ Evin elm və texnologiya siyasəti idarəsinin direktoru Maykl Kratsios bildirib.
"Bizim texnologiyalarımız bizə zamanı və məkanı manipulyasiya etməyə imkan verir. Onlar məsafəni məhv edir, əşyaları böyüdür və məhsuldarlığı artırır", - deyə o bildirib.
Kratsios vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp onun administrasiyasında işləyən hər kəsin qarşısına möhtəşəm bir vəzifə qoyub - Amerika millətinin yenilənməsi.
Məmurun sözlərinə görə, ABŞ texnologiyaları amerikalıların öz ölkələrinin taleyini cari əsrdə aşkar etmək üçün istifadə edəcəkləri alətlər olacaq. Bununla belə, Kratsios "məkan və zamanın manipulyasiyası" anlayışı altında nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.