Paşinyan Azərbaycan məscidində niyə “namaz qıldı”?
Bu gün, 09:38

İranın anti-Azərbaycan dairələri hər vəchlə ölkəmizi hədəf almağa çalışırlar. Əvvəllər iddia edirdilər ki, guya Azərbaycan Zəngəzuru işğal edərək coğrafi xəritəni dəyişmək, İranı təcrid etmək istəyir, halbuki Azərbaycan Prezidenti dəfələrlə bəyan edirdi ki, biz Zəngəzura tankla yox, sülh yolu ilə qayıdacağıq.
Bakupost.az xəbər verir ki, bunu Siyasi şərhçi Şəhla Cəlilzadə İran Prezidenti Məsud Pezeşkianın Ermənistan səfərin Globalinfo.az-a geniş şərhində bildirib.
O bildirib ki, İranın bununla bağlı yanlış arqumentini darmadağın edən Vaşinqton razılaşmasından bəri bu dairələr başqa bir isterik arqumentə bağlanıblar:
"Guya Azərbaycan NATO-nu İran sərhədinə gətirir və Bakının Ermənistan üzərində qələbəsi olmasaydı, bütün bunlar baş verməzdi. Beləliklə, bu dairlərin 30 ildir işğal siyasəti aparan Ermənistana deməyə sözü yox ikən, indi də faktiki ABŞ-la öz ərazisində razılaşan Ermənistana deməyə sözləri yoxdur. Ermənistan siyasi rəhbərliyi isə İranı öz ikibaşlı mövqeyi ilə “əmin etməyə” qadirdir. Paşinyan elə buna görə Göy məsciddə Pezeşkianla birgə “namaz qıldı”. Azərbaycan isə qalib və qürurludur. Sərt ritorika qarşısında heç zaman boyun əyməyib və yad dəyərlərə bürünməyib. Beləcə, qələbənin ilk günlərindən bəri Azərbaycanın təklif və tələbləri bu gün reallaşır. Ermənistan isə bunun İran üçün “təhlükəsiz” olduğunu böyük dəstəkçilərinə “başa salır”.