İsveçrə Putin üçün tarixi addım atdı – Zelenski ilə görüşə bilər!

Bu gün, 07:34           
İsveçrə Putin üçün tarixi addım atdı –
İsveçrə xarici işlər naziri İqnatsio Kassis bildirib ki, ölkə Rusiya prezidentinə Vladimir Putinə immunitet verə bilər, əgər o Ukrayna üzrə sülh danışıqları üçün Şveytsariyaya səfər edərsə. Bu barədə Euractiv məlumat yayıb.

Editor.az xəbər verir ki, məlumata görə, normal şəraitdə İsveçrə Putini həbs etməlidir, çünki onun barəsində Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs orderi verilib. Lakin Kassis qeyd edib ki, sülh konfransına qatıldığı halda istisna edilə bilər.

“Keçən il İsveçrə hökuməti beynəlxalq həbs orderi olan şəxslərə immunitet verilməsi qaydalarını müəyyən edib. Əgər bu şəxs şəxsi məqsədlərlə deyil, sülh konfransına gəlirsə, ona ölkəyə daxil olmaq icazəsi verilə bilər,” – deyə nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru