Azərbaycan nefti I yarımildə büdcə qiymətindən 5,4 % baha satılıb

Bu gün, 00:07           
Azərbaycan nefti I yarımildə büdcə qiymətindən 5,4 % baha satılıb
Bu ilin I yarısında dünya bazarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 73,8 ABŞ dolları olub ki, bu da 2025-ci ilinilkin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən (70 ABŞ dolları) 5,4 % çoxdur.

Yenixeber.org xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.

Sənədə əsasən, Azərbaycan neftinin orta qiyməti yanvarda 81,3 ABŞ dolları, fevralda 77,4 ABŞ dolları, martda 74,1 ABŞ dolları, apreldə 69,6 ABŞ dolları, mayda 66,3 ABŞ dolları, iyunda isə 74 ABŞ dolları təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru