Məbədin qarşısında rəqs edən tələbə qızlar universitetdən qovuldular - VİDEO
Bu gün, 17:08
Rusiyada rəssamlıq universitetinin üç tələbə qızı xristian məbədinin qarşısında rəqs etdiklərinə görə universitetdən kənarlaşdırıblar.
Referans xəbər verir ki, iyunda yayılan videonu pravoslav təhqir hesab edərək şikayət ediblər. Araşdırmalar nəticəsində qızların kimliyi müəyyənləşdirilib. Onlardan biri Moskvadan, biri Astarxandan, digəri isə Elektrostaldandır. Qızlar "xırda xuliqanlıq" maddəsi ilə inzibati məsuliyyətə cəlb olunublar.
Daha sonra sosial şəbəkələrdə tələbələrin ali məktəbdən qovulduqları barədə məlumat yayılıb. Bildirilir ki, iyunda keçirilən elmi şurada məsələ müzakirəyə çıxarılıb və onlara 11 ay islah işləri təyin edilib.