"Avropa İttifaqı Rusiya ilə razılaşmalara etibar etmir". Bakupost.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Kaya Kallas ittifaqın fövqəladə onlayn sammitindən sonra bəyan edib. O bildirib ki, Aİ Ukrayna Silahlı Qüvvələrinə təlim keçəcək və Moskvaya qarşı sanksiyaları davam etdirəcək.