Makron Rusiyanı sağ qalmaq üçün yemək yeməyə davam edən adamyeyən adlandırıb. Fransa prezidenti Emmanuel Makron deyib ki, Rusiya “yaşamaq” üçün “yemək yeməyə davam edən” “yırtıcı, qapımızda dayanmış adamyeyəndir”. O, bunu LCI TV-yə müsahibəsində vurğulayıb. Makron avropalıları Rusiya ilə bağlı “sadəlövh olmamağa” çağırıb. O qeyd edib ki, 2007-2008-ci illərdən bəri prezident Putin tez-tez öz öhdəliklərini yerinə yetirməyib və sərhədləri yenidən müəyyənləşdirməyə və səlahiyyətlərini genişləndirməyə çalışaraq “daimi sabitliyi pozan qüvvə olub”. "Büdcəsinin 40%-ni hərbi texnikaya yatıran və 1,3 milyon nəfərdən çox ordunu səfərbər edən ölkə bir gecədə sülhə və açıq demokratik sistemə qayıtmayacaq" - deyə, Fransa prezidenti xəbərdarlıq edib. Dadaş Əhmədli TEREF