Erməni qız televiziya qarşısında Pezeşkianı sevdiyini söyləyib
Bu gün, 10:34
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Ermənistanda səfərdədir.
Prezidenti müşayiət edən iranlı jurnalistlərdən biri fars dilini bilən gənc erməni qızdan açıqlama alıb.
Açıqlamasında erməni qız Məsud Pezeşkianı sevdiyini söyləyib və bunu İran Prezidentinin çox gözəl insan olması ilə izah edib.
1954-cü il təvəllüdlü Məsud Pezeşkian həkimdir. Təbriz Tibb Universitetinin rektoru, səhiyyə naziri, parlament sədrinin birinci müavini olub. 2024-cü il iyulun 28-dən İranın Prezidentidir.