Cəhənnəm Quyusu: Elmi Layihə Yarımçıq Qaldı, Dini Miflər Uyduruldu

Bu gün, 11:54           
Cəhənnəm Quyusu: Elmi Layihə Yarımçıq Qaldı, Dini Miflər Uyduruldu
1970-ci ildə SSRİ Kola yarımadasında qazmağa başladığı superdərin quyu, 1989-cu ildə 12,262 metr dərinliyə çataraq dünya rekordunu qırdı. Lakin dərinlikdə istilik 180–200 °C-ə yüksəldiyi üçün bundan o tərəfə qazmaq texniki olaraq mümkün deyildi. Nəticədə layihə dayandırıldı, bir çox elmi tədqiqat yarımçıq qaldı və külli miqdarda vəsait xərclənmişdi.
Bu qədər resurs və tədqiqat yarımçıq qaldığı üçün onu adi izahla izah etmək mümkün deyildi. Ona görə də insanların inanacağı bir hekayə uydurmaq lazım idi. Ən optimal variant isə dini motivlər üzərində qurulmuş uydurmalar idi, çünki yaxşı bilirdilər ki, insanların çoxu dini məsələləri sorğulamır və nə desələr buna inanacaq.
1980-ci illərdə yayılan miflərə görə, quyunun içinə mikrofon salındı və oradan minlərlə insanın inilti və çığırıq səsləri eşidildi. Guya cəhənnəm qapısı açıldı, cinlər və şeytan göründü. 1990-cı illərdə Qərb mediasında yayılan “cəhənnəm səsləri”nin audio yazısı isə sonradan sübut olundu ki, tamamilə saxtadır – səslər filmlərdən götürülərək montaj edilmişdi.
Beləcə, Kola superdərin quyusu layihəsi texniki səbəblərdən dayandırılsa da, yarımçıq qalmış elmi iş və xərclənmiş vəsaiti ört-basdır etmək üçün dini motivlər üzərində uydurulmuş miflər insanlar arasında sorğu-sualsız qəbul edildi.
Sorğulamaq
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru